Dəmət Akalın: “Ərimə filmə çəkilməyə icazə vermirəm”

Dəmət Akalın: “Ərimə filmə çəkilməyə icazə vermirəm”
1529 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Dəmət Akalın həyat yoldaşı Okan Qurd və həmkarı Lerzan Mutlu ilə kabab yeyərkən görüntülənib.

Axşam.az xəbər verir ki, Dəmət və Okan tanınmış “Etiler Adanan Kabab” restoranından çıxarkən jurnalistlərin suallarını cavablandırıb.

Sənətçi “Okan bəyə film təklifləri gəldiyini eşitmişik, bu, doğrudurmu?” sualına belə cavab verib: “Bəli, təkliflər gəlir, amma mən icazə vermirəm. Onda o ürək varmı?”. Okan Qurd isə “Rəis Dəmətdir, nə desə, o da olacaq” deyərək gülüb.