Məşhur cütlük yenidən birlikdə yaşamağa qərar verdi

Məşhur cütlük yenidən birlikdə yaşamağa qərar verdi
1361 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzları Ketrin Zeta Cons və Maykl Duqlasın aralarındakı problemləri həll etmək üçün bir müddət ayrı yaşamaq qərarına gəldiyini xəbər vermişdik.

Axşam.az-ın xarici mətbuata istinadən verdiyi xəbər görə, məşhur cütlük yenidən bir araya gəlib.

Onlar Nyu-Yorkdakı evlərində birlikdə yaşamağa başlayıblar. Buna baxmayaraq xarici mətbuatda Ketrinlə Maykl arasındakı buzların tam ərimədiyi iddia edilir. Bir müddət əvvəl Maykl Duqlas son filmi “Last Vegas”ın qala gecəsinə barmağında evlilik üzüyü ilə gəlmişdi. Bundan sonra cütlüyün barışması haqqında xəbərlər yayılmışdı. Qeyd edək ki, 13 illik evli olan cütlüyün iki övladı var.