Bu məşhur musiqinin ifaçısı vəfat etdi - video

Bu məşhur musiqinin ifaçısı vəfat etdi - video
1677 dəfə oxunub
  • A-
  • A
  • A+

1990-cı illərdə "Children" kompoziyası ilə dünya şöhrəti qazanan Robert Mayls dünyasını dəyişib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, əsl adı Robert Konçina olan italiyalı sənətçinin 47 yaşında İbizada olarkən öldüyü bildirilib. Onun ağır xəstəlikdən əziyyət çəkdiyi deyilir.

Qeyd edək ki, R.Mayls elektronik musiqinin müxtəlif janrlarının ifaçısı, "dream-house" janrının yaradıcısı sayılır.