Gülnarə Xəlilova Avstriyada moda nümayişi keçirdi - fotolar

Gülnarə Xəlilova Avstriyada moda nümayişi keçirdi -  fotolar
1127 dəfə oxunub
  • A-
  • A
  • A+

Vyanada sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın "Bakı–2017" IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş yeni kolleksiyasının nümayişi olub.

Axşam.az-ın məlumatına görə, bu haqda modelyerin Milli Geyim Mərkəzinin mətbuat xidməti xəbər yayıb. 

Dəfilədə “Miss Union-2017” beynəlxalq gözəllik müsabiqəsinin dünyanın müxtəlif ölkələrindən olan finalçıları iştirak ediblər.

G.Xəlilova bildirib ki, yeni kolleksiyada Azərbaycan milli ornamentləri yer alıb, geyimlərin özləri isə müasir stilizasiyada yaradılıb:

“Məlum olduğu kimi 2015-ci ildə milli geyim kolleksiyam Londonda Bakı Birinci Avropa Oyunlarının təqdimatı çərçivəsində təqdim edilib. Bu dəfə Bakıda İslamiada ərəfəsində kolleksiyamı Avropanın düz mərkəzində - Vyana şəhərində nümayiş etdirmək qərarına gəldim. Bu, milli dəyərlərimizin daha çox təbliğatına, habelə Avropa ictimaiyyətinin böyük hadisə olan İslamiadaya diqqətini cəlb etməyə istiqamətlənib. İslamiada təkcə idman, sülh və dostluq bayramı deyil, həm də gözəl ölkəmizi bütün dünyaya göstərməyin, çoxsaylı qonaqlarımızı qədim mədəniyyət və ənənələrimizlə tanış etməyin növbəti fürsətidir”.