"Konsertə qədər efirə çıxmayacam" - Aygün Kazımova+fotolar

"Konsertə qədər efirə çıxmayacam" -  Aygün Kazımova+fotolar
5763 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bu bizik, Toliklə” verilişinin növbəti qonağı xalq artisti Aygün Kazımova olub.

Axşam.az-ın məlumatına görə, müğənni sentaybrın 22-də baş tutacaq solo konsertindən danışıb.

A.Kazımova həmin günə qədər efirlərə çıxmayacağını söyləyib:

“Bizim möhtəşəm “Crystal Hall” tac formasındadır, bayrağımızın rəngləri ilə işıqlandırılır. Mənim bayrağımıza olan sevgimi hamı bilir. Konsertimizə qədər efirə çıxmayacam. Mayın sonunda məşhur fransız rejissor və xoreoqraf ölkəmizə gələcək. Oreda Bentefu çox məşhurdur, onun ölkəmizə gəlişini bir hadisə kimi qeyd etmək olar. Səs rejissorumuz İngiltərədən gələcək. Beynəlxalq layihələrimin prodüseri Stefanni Gürcüstandan gələcək və iyunun əvvəlində mətbuat konfransı edəcəyik. Qarşımıza qoyduğumuz məqsəd elədir ki, aylarla işləməliyik. Rəqqaslarımız dünyadan və ölkəmizdən olacaq. Konsertdə canlı mahnılar oxuyacam”.