Gürcüstan Teatrı Bakıya gəlir

Gürcüstan Teatrı Bakıya gəlir
275 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovun xarici ölkə teatr rəhbərləri ilə qarşılıqlı yaradıcılıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi məqsədilə “Qarşılıqlı qastrol səfərləri” haqqında müqavilə imzalanıb.

Axşam.az xəbər verir ki, teatr cari ilin 19-30 aprel tarixlərində Gürcüstan, Şimali Osetiya və Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Pərvinin “Dəcəl keçi” tamaşası ilə 10 gün müddətində qastrol səfərində olub.

Öz növbəsində Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı mayın 19-22 tarixlərində Bakıda – ADGTT-nın qonağı olacaq. Onlar L.Titova və A.Starotorjskinin “Королевская корова” (“Kralın inəyi”) tamaşası ilə məktəbliləri sevindirəcəklər.

Tamaşanın quruluşçu rejissoru Quram Breqadze, rəssamı Lomqul Murusidze, xoreoqrafı Qiya Marqaniya, musiqi tərtibatçısı Zurab İnqorokvadır.

Əsas obrazların ifaçıları Sergey Şvedkov, Tamara Tsikvitinidze, Nino Mumladze, Den Xlıbov, Anna Lejava, Edmon Qabedava, Aleksey Lobov, Nikolay Doniy, Levan Qvazavadır.

Səfər çərçivəsində ADGTT-nın əməkdaşları tərəfindən qonaqların şəhərimizin görməli yerləri – muzeylərlə, teatrlarla, yeni qurulmuş Su İdman Kompleksi, İçərişəhər və Milli Parkla tanışlıqlarını təmin etmək üçün mədəni proqram da nəzərdə tutulub.