"Can Azərbaycan" təqdim olundu - video

"Can Azərbaycan" təqdim olundu -  video
1741 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada kafedrasının baş müəllimi Gülnarə Allahverdiyeva "Can Azərbaycan" adlı layihəsini təqdim edib. 

Axşam.az-ın məlumatına görə, bəstənin musiqisi xalq artisti Faiq Sücəddinov, sözləri millət vəkili Rafael Hüseynova aiddir. IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədi ilə hazırlanan layihədə pedaqoqun tələbələri, oyunlarda milli musiqi üzrə səfir seçilən xanəndə Mirələm Mirələmov iştirak ediblər.

Mahnının aranjimanını Muxtar Abseynov edib. Klipin rejissor işi Alex Anişenkoya həvalə olunub. Operator isə Çingiz Xankişiyevdir.

Vokal qrupunun tərkibində Bəhruz Kərimli, Şahin İmaməliyev, Nicat Mahiroğlu, Cəlal Məlik, Nicat Mehbalızadə, Nərmin Məmmədli, Ağamehdi Mirzəyev, Ceyhunə Əliyeva, Nəzakət Veysəlova, Ləman Qasımzadə, Aydın Verdiyev, Südabə Ələkbərova, uşaq vokal qrupunun tərkibində isə Məhəmməd Allahverdiyev, Rüfət Məmmədov, Aytən Hacıyeva, Suada Ələkbərova, Leyli Abbasova yer alırlar.