Daim səmimi açıqlamaları ilə gündəmə gələn model Eşli Qrem bu dəfə də maraqlı müsahibə verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, kök model məqsədinin qadınları öz bədənlərinə aşiq etməkdir.

“29 yaşım var. 82 kiloqramam. Amma özümü belə bəyənirəm. Qadınlara da kök olanda belə seksual görünməyin mümkün olduğunu anlatmağa çalışıram. Bu səbəbdən özümün alt paltarları kolleksionunu hazırladım”.

Eşli bildirib ki, qadınlardan çoxlu mesajlar alır və mesajların çoxunun məğzi təxminən belədir:

“Səni görənədək heç vaxt bikini geyinməmişdim”.