"Pişiyim, sən hələ məni unutmamısan" - Nazın videosu aləmi bir-birinə vurdu

"Pişiyim, sən hələ məni unutmamısan" - Nazın videosu aləmi bir-birinə vurdu
30248 dəfə oxunub
  • A-
  • A
  • A+

“Star TV”də yayımlanan “Zuhal Topalla” izdivaç proqramında azərbaycanlı gəlin Naz Mila həmyerlisi, bir müddət əvvəl sevgili olduğu iştirakçı Əli Əkbərlə bağlı paylaşım edib.

Axşam.az-ın məlumatına görə, Naz İnsataqram hesabında yerləşdirdiyi videoda Əlinin onu hələ də unutmadığını bildirib:

“Çoxdandır səssizəm. Amma buradan bir nəfərə səslənirəm. Onun kim olduğunu siz də yaxşı bilirsiniz. Buradan “pişiyə” səslənirəm: “Məni unudub da başqasını sevə biləcəyini zənn edirsənsə, səhv edirsən. Sən hələ məni unutmamısan”.

Əkbər bunu gördükdən sonra əsəbləşib və Nazdan niyə belə bir hərəkət etdiyini soruşub. Azərbaycanlı gəlin isə dediklərinin onunla əlaqəsi olmadığını vurğulayıb.

Lakin aparıcının “Sən Əliyə “Pişik” deyirdin” sualına Mila “Bəli, biz bir-birimizi elə çağırırdıq” deyə cavab verib.

Bundan sonra deyilənlərin həqiqətən də Əliyə ünvanlandığı məlum olub.