Əmrah bu dəfə susa bilmədi - oğlunun cavabını verdi

Əmrah bu dəfə susa bilmədi - oğlunun cavabını verdi
41867 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Əmrah böyük oğlu Tayfun Ərdoğanın ittihamlarına sosial şəbəkə vasitəsilə cavab verib.

Axşam.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Tayfun bu yaxınlarda Əmrahın kiçik qardaşı Elyasa ilə birlikdə paylaşdığı fotosuna bunları yazmışdı:
 
“Atamı görməyə getdim, məni qəbul etmədi. Həmən onun ardından qardaşımla bir foto paylaşdı, canım yandı. Yaşım neçə olursa olsun, mən də atamın qoynuna başımı qoymaq istəyirəm. Bu, qısqanclıq deyil. O da mənim qardaşımdır. Amma çətin günlər keçirirəm. Çox şeymi istəyirəm? Bilmirəm".

Bu dəfə səssizliyini qoruya bilməyən müğənni Tayfunun bu sözlərinə Yunus Əmrənin misralarıyla cavab verib:

“Ədəbim əl verməz ədəbsizlik edənə, Susmaq ən gözəl cavab ədəbi əldən gedənə...”.