İranlı rejissor "Oskar"ını üç ay sonra aldı - foto

İranlı rejissor "Oskar"ını üç ay sonra aldı - foto
1509 dəfə oxunub
  • A-
  • A
  • A+
İranli rejissor Əsgər Fərhadi "Oskar" mükafatına qovuşub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu il Hollivudda keçirilən "Oskar" mükafatlandırma mərasimində "Satıcı" filmi ilə "Ən yaxşı xarici film" nominasiyasının qalibi olsa da, ABŞ prezidenti Donald Tramp müsəlmanların ölkəyə girişini qadağan etdiyi üçün Fərhadi mükafatını ala bilməmişdi.

Dünən Fransada keçirilən Kann festivalına qatılan rejissor mükafatını 3 ay sonra orada alıb. Amerika Kino sənəti və elm Akademiyasının nümayəndəsi Meredit Şi festivalda gələrək mükafatı Ə.Fərhadiyə təqdim edib.