Lüt qadının şəklini yaydığı üçün həbs olundu - foto

Lüt qadının şəklini yaydığı üçün həbs olundu - foto
5407 dəfə oxunub
  • A-
  • A
  • A+

“Playboy” jurnalının modeli Deni Meters 6 ay müddətinə həbs olunub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, buna səbəb modelin 70 yaşlı pensiyaçı qadının lüt şəklini gizli çəkməsi və onu “Snapchat”da paylaşmasıdır.

Foto Los-Ancelesdə idman zallarından birinin geyim otağında çəkilib. Şəkli paylaşdıqdan sonra Deni iş yerini itirib. Aparıcısı olduğu radioşoudan uzaqlaşdırılan modelə eyni zamanda həmin idman zalına getmək də qadağan olunub.

Məhkəmədə Metersin vəkili çıxış edərək modelin əslində zarafat etmək istədiyini deyib. Hətta Demi hərəkətinə görə üzr də istəyib. Lakin hakim buna baxmayaraq modelin 6 ay müddətinə azadlıqdan məhrum olması və cərimələnmasi ilə bağlı qərar çıxarıb.