Keçmiş birinci xanım klip çəkdirdi - Video

Keçmiş birinci xanım klip çəkdirdi - Video
807 dəfə oxunub
  • A-
  • A
  • A+
Fransanın yeni prezidenti Emmanuel Makron və xanımı Bricit Makron öz postlarına hazırlaşdıqları bir vaxtda keçmiş birinci xanım, eks-prezident Nikolay Sarkozinin xanımı Karla Bruni artıq siyasətdən uzaqlaşmağa başlayıb.

Axşam.az spletnik.ru-ya istinadən xəbər verir ki, eks-model və müğənni Karla yeni mahnı yazdırıb və “French Touch” albomunu hazırlayır. O hətta “Enjoy the silence” adlı mahnısına klip də çəkdirib. Bruni müsahibəsində ölkənin birinci xanımı olduğu dövrdən ötrü darıxmadığını deyib:

“Məni yanlış anlamayın. Bu, mənim üçün böyük şərəf idi. Birinci xanım olduğum dövrlə bağlı xoş xatirələrim var. Ancaq o dövr üçün darıxmıram. Çünki özünə vaxt qalmırdı”.

Karla Bricit Makrona birinci xanımlıq dövründə uğurlar arzulayıb:

“Mən onunla tanış deyiləm. Ancaq onlar çox xoş insanlardır. Tanımadığın birinə hansısa məsləhət vermək çox çətindir. O, çox ağıllı və ziyalı biridir. Düşünürəm ki, hər şeyin öhdəsindən gələcək”.