Konsertdə Azan səsləndirdilər - fotolar

Konsertdə Azan səsləndirdilər -  fotolar
884 dəfə oxunub
  • A-
  • A
  • A+

Beynəlxalq Muğam Mərkəzində IV İslam Həmrəyliyi Oyunları çərçivəsində əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupunun “Ritm varsa həyat var” adlı solo konserti baş tutub.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, konsertdə Azan səslənib. Sonra Qafqazın ən böyük diametri 1 metr olan nağaranın ritmləri altında “Həyat varsa ritm var” adlı kompozisiya təqdim olunub.

Konsert zamanı qrupun ifasında “Qatar” kompozisiyası, Şahmar Ələkbərzadənin “Nağara” şeiri, “Mehriban” kompozisiyası, “Qaval rəqsi”, “Bir qəlbdə iki ruh”, “Söz və ritm”, “Nağarada arabeska”, “Qaytağı” musiqi nömrələri ifa olunub.

Qrupun tərkibində Ümüd Şirinov, Hikmət Rzayev, Elbəy İsgəndərov, Seymur Cəbrayılov, Fərid Nəzirov, Məqsəd Əzizov, Namiq Şirinov, Bayram Üzeyirov, Anar Abbasov və Samir Əliyev çıxış ediblər.