Elxan Şirinov Cabbar Musayevdən küsmə səbəbini açıqladı: "Maddiyyata aldandı"

Elxan Şirinov Cabbar Musayevdən küsmə səbəbini açıqladı:  "Maddiyyata aldandı"
893 dəfə oxunub
  • A-
  • A
  • A+

"Saxtakarlıqdan uzaqsansa, yalan danışmırsan. Yaxşı insanın dostu çox olmalıdır. Amma indi bu deyim qüvvədə deyil. İndi maddiyat önə keçib, mənəviyyat üçüncü, dördüncü yerdədir. Bu yerdə də dostluqdan danışanlar yalançıdılar".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elxan Şirinov “5/5” verilişində deyib.

İfaçı "Düz danışansınız, yoxsa çox şeyi gizlədirsiniz" sualına belə cavab verib:

"Ürəyimdən keçən hissi bildirməyi bacarıram. Hər anın hökmünü qiymətləndirən birinin qorxusu olmaz. Başıma bir hadisə gəldi. Həmişə deyirəm, Allah, yaxşı ki, məni xəstələndirdin, stresləri mənə verdin. İndi dünyanı dərk edərək yaşayıram. Allah məni saxladı ki, yaşamalısan. 2005-ci ilə qədər kompleksli insan olmuşam. Amma indi yoxdur. Mütaliəm, oxuduğum kitablar tamam dəyişdi. Həyatdan asılı olmağı sevmirəm. Azadlığı xoşlayıram. Deyirlər, azad olmaq istəyirsənsə, arzularından əl çək. Mənim ailəm mənim qalamdır. Hər zaman bunu demişəm və ailəmi kənarda saxlayıram. Mahnılarımla irəliləmişəm. Həyatda kiməsə möhtac olmaq pis haldır".

E.Şirinov müğənni Cabbar Musayevlə aralarındakı qalmaqala da münasibət bildirib:

"Çox möhkəm dost idik. 2005-ci ildən sonra stress yaşadım, elə hiss edirdim ki, məndən ayrılmayacaq, yanımda olacaq. Amma çox pis oldum. Dünyanın maddiyyatına aldandı: Elxan getdi, öldü, toylarımızı kim aparacaq? Mənim ona çox köməkliyim olmuşdu. 1993-cü ildə mənim yanıma gələndəd edi ki, siyahıda 27-28 toyun var, məni nə edirsən. Birlikdə 2002-ci ilə qədər işlədik. İndi küsülü deyilik, üz-üzə gələndə görüşürük. Amma bir insandan qəlbim sınanda, üz çevirib gedirəm".