Məşhur türk müğənniləri Bakıya gəlir

Məşhur türk müğənniləri Bakıya gəlir
1167 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin tanınmış müğənniləri Burak Kut və Niran Ünsal Bakıya gəlirlər.

Axşam.az-ın məlumatına görə, onlar 20-21 mayda Bakıda İslam ölkələrinin “Mədəniyət günləri” çərçivəsində keçirilən Türkiyənin mədəniyyət və turizm günlərində səhnəyə çıxacaqlar.
 
N.Ünsal şənbə, B.Kut isə bazar günü, gecə saat 21:00-da pərəstişkarları ilə görüşəcək. Konsertlər Sabir bağında olacaq.

Qeyd edək ki, tədbir Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyinin təşkilatçılığı ilə keçirilir.