"İstanbullu gəlin"in heyətindən Özcan Dənizi kövrəldən sürpriz - video

"İstanbullu gəlin"in heyətindən Özcan Dənizi kövrəldən sürpriz - video
4598 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni və aktyor Özcan Dəniz yeni yaşını "İstanbullu gəlin" serialının çəkiliş meydançasında qeyd edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yaradıcı heyət aktyora sürpriz hazırlayıb. Özcan həmin anların videosunu paylaşaraq yazıb:

"Mən bu gün saba azanı ilə bərabər Ankarada bir ailədə doğuldum. 19 May kimi gözə bir gün idi. Evdə anamın acılar içində dünyaya gətirdiyi bir uşağam. Bu saatdan sonra yaşayacaqlarımdan xəbərsiz olduğum kimi bu saata qədər yaşayacaqlarımdan da xəbərsiz idim. Mənim xəbərim yox idi, amma mənim üçün hazırlanmış, ilahi qüdrətin mənə bağışladığı bir həyat. Dolu-dolu yaşanmış bir həyat".