“Təəccüb çevrəsi”ndə nələr baş verdi?

“Təəccüb çevrəsi”ndə nələr baş verdi?
312 dəfə oxunub
  • A-
  • A
  • A+

“Space” telekanalında yayımlanan “Təəccüb çevrəsi” verilişinin növbəti buraxılışı baş tutub.

Axşam.az xəbər verir ki, proqramın qonağı aktyor Müşviq Şahverdiyev və müğənni Cavad Rəcəbov olub. 

Proqramın layihə rəhbəri və illüziyaçı Çingiz maraqlı şouları ilə tamaşaçıları təəccübləndirib.

Veriliş zamanı bir-birindən maraqlı anlar yaşanıb. Onlardan biri də M.Şahverdiyev və C.Rəcəbovun duet oxumağa söz verməsi olub. Müğənni bildirib ki, aktyor onu parodiya edir, buna görə də birlikdə mahnı oxumağa qərar veriblər.  

Aparıcılığını Mələk Heydərovanın etdiyi “Təəccüb çevrəsi” hər həftənin çərşənbə günü saat 22:45-də efirə gedir.