"Artıq “kəndli”yəm, bundan qürur duyuram"

"Artıq “kəndli”yəm, bundan qürur duyuram"
1624 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış aparıcı Fatih Portakalın həyat yoldaşı Armağan Portakal kənd həyatına başlayıb.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, aparıcının xanımı İzmirdə kənd təsərrüfatı məhsullarını yetişdirib internet vasitəsilə öz markasının adı altında satır. Armağan bu cür həyat tərzinə başlamasına “İllərdir, işlədim. Amma özümə heç nə qalmadı. Artıq özüm üçün çalışıram”, - deyə açıqlama verib.

Toyuq saxlayıb, arıçılıqla məşğul olan Portakal, eyni zamanda konservləşdirdiyi məhsulları da satır. Armağan “indiyədək hər cür adım oldu, amma artıq “kəndli”yəm. Bundan da qürur duyuram. Çünki torpaq insana güc verir” deyib.