240 metr hündürlükdə ip üzərində gəzdi - dünya rekordunu qırdı

240 metr hündürlükdə ip üzərində gəzdi - dünya rekordunu qırdı
1290 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin şərqində yerləşən Malatya şəhərinin Levent vadisində ekstrim alpinistlik və təbiət idmanları festivalı keçirilib.

Axşam.az-ın “Haberler.com”a istinadən məlumatına görə, festivala dünyanın müxtəlif bölgələrindən idmançılar gəlib. Onlar Levent vadisinin bir ucundan digər ucuna 1210 metr uzunluğunda çəkilən ip üzərində yeriyərək keçiblər.

İsveçrəli alpinist 33 yaşındakı Samuel Voleri həmin məsafəni yerdən 240 metr yüksəklikdə təxminən 1 saat 14 dəqiqədə gedərək dünya rekordunu qırıb.

Yamacın qarşısına keçdikdən sonra sevincini yoldaşları ilə qeyd edən Voleri dünya rekordu qırdığını öyrəndikdən sonra daha xoşbəxt olduğunu bildirib.