Bakının mərkəzində canavarla gəzir - video

Bakının mərkəzində canavarla gəzir - video
5430 dəfə oxunub
  • A-
  • A
  • A+

İnsan həyatı üçün təhlükəli hesab edilən heyvanı saxlayır. Özü də şəhərin mərkəzində insanların sıx olduğu yerə çıxardaraq bu heyvanı gəzdirir.

Axşam.az-ın XezerXeber-ə istinadən məlumatına görə, görüntülər Abşeron rayonu Xırdalan şəhərində bir vətəndaş tərəfindən qeydə alınıb.Kadrlardan görünür ki, vətəndaş canavar saxlayır və onu bağlı şəkildə insanların olduğu əraziyə gətirərək nümayiş etdirir. Sonra isə sanki it gəzdirirmiş kimi canavarı da gəzdirməyə başlayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev deyir ki,Avropada vəhşi təbiətin qorunması haqqında Berlin kovensiyasısına Azərbaycanda qoşulduğuna görə canavarın ovlanması və tutulması qadağan edilibdir.