Məşhur aktyorla cinsi əlaqəyə girdiyi üçün işdən qovuldu - fotolar

Məşhur aktyorla cinsi əlaqəyə girdiyi üçün işdən qovuldu - fotolar
13112 dəfə oxunub
  • A-
  • A
  • A+

Londonun “Vest End” adlı bölgəsində ulduzların qaldığı “Chiltern Firehouse” adlı oteldə maraqlı hadisə baş verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, oteldə çalışan 21 yaşlı Viviana Rouz adlı ofisiant orada olan 40 yaşlı Hollivudun ən yaraşıqlı aktyorlarından sayılan Orlando Blum ilə gecə keçirib.

Səhəri gün həmin otağa gedən otel rəhbəri Rouzu orada çılpaq görüb.

Müştərilərlə cinsi əlaqəyə girmək qadağasını pozan Viviananı dərhal işdən uzaqlaşdırıblar.

Ofisiantın rəfiqəsinin verdiyi məlumata görə, aktyor 5 gün oteldə qalıb və Rouzu da o, otağına çağırıb. Gənc qızdan xoşu gəldiyini deyən Orlando onunla cinsi əlaqəyə girib.
 
Səhəri gün isə çəkilişi üçün oteldən ayrılıb. Lakin Rouzun işdən qovulmasına baxmayaraq, etdiyi hərəkətdən peşman olmadığı və hazırda da Blumla görüşdüyü bildirilir. 

Qeyd edək ki, bir müddət əvvəl müğənni Keti Perridən ayrılan aktyor həmkarı Nina Dobrevlə sevgili olub.