Bağlanış mərasimindən maraqlı fotolar

Bağlanış mərasimindən maraqlı fotolar
1552 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları başa çatıb.

Axşam.az-ın məlumatına görə, bağlanış mərasimi ötən gün Bakı Olimpiya Stadionunda keçirilib. Bu münasibətlə stadionda maraqlı səhnələr nümayiş etdirilib, konsert proqramı baş tutub. Oyunlar çərçivəsində Bakıya 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəlib. “Bakı-2017”ni 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izləyib. İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıb. Azərbaycan idmançıları yarışları birinci pillədə başa vurub. Atletlərimiz hamıdan çox - 162 medal (75 qızıl, 50 gümüş və 37 bürünc) qazanıblar.

Foto: İlqam CƏBİYEV