Uşaq üstündə məhkəmələri səs-küylü başladı

Uşaq üstündə məhkəmələri səs-küylü başladı
1285 dəfə oxunub
  • A-
  • A
  • A+
“Beşiktaş”lı futbolçu Caner Erkinlə boşandığı həyat yoldaşı Asena Atalayın uşağının himayəçiliyi ilə bağlı məhkəmədə qalmaqal yaşanıb.

Axşam.az Türkiyə mediasına istinadla xəbər verir ki, məhkəmədə Asena ilə Caneri vəkilləri təmsil edib. Erkinin vəkili uşağın mənfəəti üçün prosesin qapalı keçirilməsini tələb etsə də, Atalayın vəkili açıq olmasını istəyib. Nəticədə vəkillər arasında mübahisə düşüb.

Hakim isə “Hər iki tərəfin məhkəmədə şou göstərməsinə icazə vermərəm. Bu məhkəmə 70 milyonun məhkəməsidir” deyə tərəfləri sakitləşdirməyə çalışıb.

Erkinin vəkili Asenanın striptizlə məşğul olmasını əsas gətirərək uşağın Canerə verilməsini tələb edib. Qarşı tərəf isə futbolçunun övladına qarşı olan vəzifələrini yerinə yetirmədiyini bildirib.

Proses şahidlərin dindirilməsi üçün təxirə salınıb.