Arvadına bu üzüyü aldı - qiyməti 7 milyondur

Arvadına bu üzüyü aldı -  qiyməti 7 milyondur
3152 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyalı milyarder Aleksey Şapovalov həyat yoldaşı Kseniya Tsaritsinanı dəyəri 7 milyon funt-sterlinq (təxminən 14 milyon manat) olan üzüklə sevindirib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, üzüyünün fotosunu İnstaqram səhifəsində paylaşan milyarderin 27 yaşlı xanımı üzüyün həqiqiliyinə şübhə edənlərə belə cavab verib:

“Normal zinət əşyası o qədər də gözəl görünmür. Ərim mənə hədiyyə almaqla bağlı heç vaxt simiclik etməyib. 30 əyarlı almazın mənə bəs etmədiyini düşünüb, bu dəfə 70 əyarlısını alıb”.

Qeyd edək ki, cütlük Dubayda yaşayır.