Bu qadın kişilərə işgəncə verərək pul qazanır - fotolar

Bu qadın kişilərə işgəncə verərək pul qazanır - fotolar
5848 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu qadın 10 ildir kişilərə işgəncə verərək pul qazanır. İndiyə qədər də göstərdiyi xidmət nəticəsində 250 min funt-sterlinq (təxminən 550 min manat) qazanc əldə edib.

Axşam.az-ın ailem.az-a istinadən məlumatına görə, 31 yaşlı dominatriks Ari Mactans işi tələb etdiyi üçün kişiləri qamçılayaraq saatda 175 funt qazanır. O, hətta bu davranışı ilə kişilərin evliliklərini xilas etdiyini iddia edir:

“Hər zaman açıq fikirli və fetişlərə açıq olmuşam. Kişilərin onlara qışqırmaq və qamçılamaq üçün pul ödəməyə hazır olduqlarını kəşf etdikdən sonra xəyalımdakı işi tapdım. Bəzi müştərilərim evliliklərini qurtardığım üçün mənə təşəkkür edir. Fantaziyalarını, qəribə istəklərini həyata keçirmək arzusunda olurlar, amma bunu həyat yoldaşları ilə edə bilmirlər. Mən onlara bu fürsəti yaradıram”.

Yetkinlik dövründən qotik mühitlərə, fetiş gecə klublarına getməyi xoşlayan Ari 19 yaşındaykən ilk dominatriks təcrübəsini yaşayıb. Bir adamın yaxınlaşıb onu qamçılamasını istədiyini söyləyən Ari həmin hadisəni belə xatırlayır:

“Əvvəl yüngülcə vurdum, ancaq xoşuna gəldiyini gördükcə daha sərt vurmağa başladım. Hər qamçını vurandan sonra özümü daha da güclü hiss edirdim”.

Arinin bu marağı illərlə davam edib. 25 yaşından isə öz internet saytını yaradaraq əsl dominatriks olub. Gənc qadın müştərilərini qorxudur, güləşir, qamçılayır və başqa xidmətlər göstərir. Ancaq heç biri ilə cinsi əlaqə yaşamayıb. Ari bu xidməti sayəsində 10 ildə 250 min funt qazanıb. Dediyinə görə, “Bozun əlli çaları” filmindən sonra müştərilərinin sayı daha da artıb.

Gənc qızın sevgilisi də var. Onlar dörd ildir birlikdədirlər. Sevgilisi də onun işini dəstəkləyir.