"Evlənmərəm" deyən aktyor toya hazırlaşır - keçmiş xanımı da gələcək

"Evlənmərəm" deyən aktyor toya hazırlaşır - keçmiş xanımı da gələcək
3375 dəfə oxunub
  • A-
  • A
  • A+
Keçmiş həyat yoldaşı Səma Şimşekdən boşandıqdan sonra “bir daha evlənmərəm” deyən aktyor Burak Hakkı toya hazırlaşır.

Axşam.az “Haberler”ə istinadən xəbər verir ki, aktyor yunan sevgilisi Hara Pappa ilə nikah masasına əyləşəcək. O hətta Pappaya 50 min lirəlik (təxminən 25 min manat) üzük də alıb. Toyda Burakın keçmiş həyat yoldaşı Səma da olacaq.

Xatırladaq ki, 10 illik ailə həyatına 2012-ci ildə son qoyan Burakla Səmanın Rüzgar adlı bir oğlu var. Pappa ilə Hakkı 2 aydır ki, sevgilidirlər. Cütlüyün toyunun yayda Yunanıstanda olacağı deyilir.