Xalq artisti 36 kilo arıqlayıb - indi belə görünür

Xalq artisti 36 kilo arıqlayıb -  indi belə görünür
9318 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artistləri Fidan və Xuraman Qasımovalar yaradıcılıq gecəsinə hazırlaşırlar.
 
Axşam.az-ın APA TV-yə istinadən məlumatına görə, iyunun 17-də SSRİ xalq artisti Fidan Qasımovanın 70 yaşı tamam olacaq. Bu münasibətlə Müslüm Maqomayev adına Azərbaycan  Dövlət Filarmoniyasında Qasımova bacıları dinləyicilər qarşısında çıxış edəcək:

“Qonaqlarımız da olacaq. Demək olmaz ki, kim gələcək. Çünki hələ tezdir. Amma söz veriblər ki, gələcəklər. Çünki bu bizim 40 illik yubileyimizdir”.
 
Konsertdə yeni əsərlər də ifa olunacaq. Bununla yanaşı, gecədə xalq artistlərinin 40 illik yaradıcılıq  fəaliyyətinə həsr olunmuş film də nümayiş ediləcək.
 
Fidan Qasımovanın xarici görkəmində etdiyi dəyişiklik isə aşkardır. Aylar öncə mədəkiçiltmə əməliyyatı etdirib, 36 kiloqram arıqlayan sənətkar bildirib ki, doğum gününədək bir qədər də dəyişmək istəyir:

“Ümumiyyətlə, dəyişmək istədim. Xasiyyətim dəyişməyib. Eyni Fidan xanımam. İstəyirdim biraz kilomu azaldım və azaltdım”.