Abbasın toyundan ilk fotolar

Abbasın toyundan ilk fotolar
25854 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün paytaxt məkanlarının birində əməkdar artist Abbas Bağırov özünə kişi toyu edib.
 
Axşam.az-ın məlumatına görə, toyunda Lent.az-a açıqlama verən müğənni bildirib ki, özəl gününü mediaya qapalı edir:

"Bu gün bura yalnız mənə yaxın olan dostları çağırmışam. Bunlar arasında müxtəlif sahənin adamları var. Onların bir çoxu şəklinin mediada yayılmasını istəmir. Ona görə də qonaqları yalnız "foyedə" çəkmək olacaq. Mən hər bir subaya bu günün qismət olmasını arzu edirəm".
 
Onu da əlavə edək ki, gəlinsiz baş tutan toy saat 16:00-da başlayıb.
 
Qeyd edək ki, aparıcı İlkin Həsəninin aparıcılıq etdiyi toya xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, əməkdar artistlər Baloğlan Əşrəfov, Nurlan Növrəsli, müğənnilər Elçin Hüseynov, Manaf Ağayev, Amil Həsənoğlu, Pərviz Abdullayev, Samir Piriyev, Vaqif Şıxəliyev, aktyorlar Elşən Orucov, Nicat Rəhimov və başqaları gəlib.
 

***

Xəbər verdiyimiz kimi, bu gün əməkdar artist Abbas Bağırovun toyudur.

Axşam.az-ın məlumatına görə, müğənninin özəl günü "Niel" restoranında keçirilir. Bəy-gəlin kürsüsündə Abbas tək oturub. Gəlinin iştirak etmədiyi məclisə Abbasın sənət yoldaşları, tanınmış simalar dəvət olunub.

Qeyd edək ki, A.Bağırov özünə üç gün toy edəcəyini deyib. Bir neçə gün əvvəl ifaçının Gəncədə qız toyu baş tutub. A.Bağırovun ailə qurduğu xanım qohumudur.