Əməliyyat olunan aktrisanın vəziyyəti necədir?

Əməliyyat olunan aktrisanın vəziyyəti necədir?
3686 dəfə oxunub
  • A-
  • A
  • A+

Ağciyər xərçəngi diaqnozu qoyulan “Yeşilçam” ulduzu Hülya Koçiyitdən xəbər var.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən gün Nyu-Yorkda əməliyyat olunan 70 yaşlı aktrisanın vəziyyəti yaxşıdır.

Bu barədə əməliyyatı həyata keçirən həkim Nasser Altorki deyib:

“Xərçəng ağciyərdəki hissədən təmizlənib. Hülya xanım bir müddət xəstəxanada qalandan sonra evə buraxılacaq. Lakin o, davamlı olaraq müayinələrdən keçməlidir”.