İrina Şeyk sarı libasda göz oxşadı - fotolar

İrina Şeyk sarı libasda göz oxşadı -  fotolar
9372 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyalı model İrina Şeyk ana olduqdan sonra ilk dəfə film təqdimatına qatılıb.

Axşam.az spletnik.ru-ya istinadən xəbər verir ki, 31 yaşlı model 70-ci Kann Film Festivalı çərçivəsində “Şəfəq” (“Radiance”) filminin premyerasında iştirak edib. Bu, İrinanın qızı dünyaya gələndən sonra ilk qırmızı xalıya çıxışıdır. Kristallarla işlənmiş sarı, dekolteli libas geyinən Şeyk bu dəfə də göz oxşayıb.

Qeyd edək ki, ekran işinin rejissoru yaponiyalı Naomi Kavasedir. Xatırladaq ki, İrina Şeykin aktyor Bredli Kuperlə münasibətindən aprelin əvvəlində Lea de Sen adlı qızı dünyaya gəlib.