Xalq artisti verilişə karateçi oğlu ilə gəldi - video

Xalq artisti verilişə karateçi oğlu ilə gəldi  - video
5718 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Mənsum İbrahimov “10-dan sonra” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, xanəndə proqrama 13 yaşlı oğlu İbrahimlə qatılıb. M.İbrahimov verilişdə övladlarının tərbiyə və təhsilindən danışıb:

“Mənim 3 qızım var, İbrahim sonbeşiyimizdir. Müəllim ailəsiyik. Bizdə hər kəsə münasibət eynidir. Atam öz əxlaqına görə çox nümunəvi biri olub. Mən də öz tərbiyəmi atamdan götürmüşəm. İbrahim də özündən əvvəl bacılarını, onların təhsilə münasibətini görüb-götürüb. İki qızım Bakı Dövlət Universiteni fərqlənmə ilə bitirib. Bir qızım Tibb Universitetində oxuyur. Onlara görə heç kimdən nəsə xahiş etməmişəm, hamısı özü oxuyur. Uşağın var-dövləti onun təhsilidir. Valideynin də borcu ona yaxşı tərbiyə verməkdir”.

Xalq artisti “Övladlarınızdan heç biri yolunuzu davam etdirmir” sualına belə cavab verib:

“Hər birinin səsi var. Özüm həvəsləndirməmişəm, elə özləri də istəməyib. İbrahim 4 yaşında ilk dəfə “Leyli və Məcnun”a baxıb, mahnılarımı bilir. Amma özü karate ilə məşğuldur. Hətta çempionatda ikinci yeri tutub”.