40 kiloqram arıqladı, görənlər tanımadı - fotolar

40 kiloqram arıqladı, görənlər tanımadı - fotolar
7727 dəfə oxunub
  • A-
  • A
  • A+
İllərdir artıq çəkiləri ilə mübarizə aparan aktrisa Yeşim Ceren Bozoğlu nəhayət, arzusuna çatıb.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, aktrisa 40 kiloqram arıqlayıb. Yeşim artıq çəkilərindən mədə kiçiltmə əməliyyatı sayəsində xilas ola bilib. Aktrisa indi onu görənlərin tanımadıqlarını deyib:

“20 kiloqram pəhrizlə verdim, 20 kiloqram isə əməliyyatdan sonra atdım. Hələ 10 kiloqram da arıqlamalıyam. Özümü çox sağlam hiss edirəm”.