Emma oğlu ilə gəzintidə -fotolar

Emma oğlu ilə gəzintidə -fotolar
3943 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Emma Ələkbərzadə sosial şəbəkədə övladı ilə yeni fotolarını paylaşıb.

Axşam.az-ın məlumatına görə, oğlu Davidlə gəzintiyə çıxan ifaçı fotolardan birində özüylə bağlı xatirəsini də bölüşüb:

“Mən uşaq olanda rəhmətlik atamın əlindən yox, barmağından tutub gəzirdim. Bu gün Davidin əlindən tutanda, əlini çəkib dedi: “Yox, barmaq”. Mənim barmağımdan tutub gəzdi. Bu, təsadüf deyilmiş”.

Qeyd edək ki, 2012-ci ildə Emil Çingiz adlı şəxslə ailə quran Emma Ələkbərzadənin oğlu 2015-ci ildə dünyaya gəlib.