Birinci xanım və qızı Papa ilə görüşdə başlarını örtdülər - fotolar

Birinci xanım və qızı Papa ilə görüşdə başlarını örtdülər - fotolar
2483 dəfə oxunub
  • A-
  • A
  • A+
İtaliyada rəsmi səfərdə olan ABŞ prezidenti Donald Trampla həyat yoldaşı Melaniya Tramp, qızı İvanka və kürəkəni Cared Kuşner Roma Papası Fransisklə görüşüb.

Axşam.az spletnik.ru-ya istinadən xəbər verir ki, 30 dəqiqə davam edən görüş maraqlı anlarla yadda qalıb. Belə ki, Melaniya ilə İvankanın baş örtüyü media nümayəndələrinin diqqətindən yayınmayıb.
 
Başdan-ayağa qara geyinən prezident ailəsi Papa ilə rəsmi görüş üçün protokol qanunlarına əməl edib. Belə ki, Vatikan qanununa əsasən Papa ilə görüşə ağ, qırmızı və bənövşəyi rəngli geyimlərdə getmək olmaz.

Xatırladaq ki, Melaniya Tramp Səudiyyə Ərəbistanı səfəri zamanı müsəlman qaydalarına əməl etməyərək, kralla görüşündə başını örtməkdən imtina etmişdi.