"Nə oldu qudurdun?" - Elnarə peşman olub

"Nə oldu qudurdun?" - Elnarə peşman olub
3614 dəfə oxunub
  • A-
  • A
  • A+
“Düz 10 il bir ayaqqabını geyinmişəm”.

Axşam.az xəbər verir ki, bu sözləri “APA TV”nin “Show time” verilişində qonaq olan əməkdar artist Elnarə Abdullayeva deyib.

O bildirib ki, son vaxtlar geyimlərinə diqqət edir:

“Kimsə mənə yaxşı deyəcək deyə, kreditə paltar götürüb, geyinmərəm. Başqasının paltarını geyinim, mənə yaxşı desinlər, bu, mənim xarakterimə uyğun deyil. Nəyim varsa, onu geyinəcəm. Yoxdusa, canım çıxacaq, geyinməyəcəm. Sonra pulum oldu, getdim 4-5 cüt ayaqqabı aldım. Sonra heyfsiləndim ki, yaxşı hərəkət eləməmişəm. Çünki onsuz da ayaqqabı ətəyin altında qalır. Elə 1 ayaqqabı bəs edərdi. Ona verdiyim pulu gərək xeyir işə xərcləyərdim. Özümə dedim ki, nə oldu qudurdun?”.