"Şou-biznesi həyasız kişilər bu günə salıb"

"Şou-biznesi həyasız kişilər bu günə salıb"
790 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bizim gəlirimiz şou-biznesdəndir. Amma bu aləmi elə bir hala salıblar ki, adam peşman olur".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elvin Abdullayev APA TV-nin "Show time" verilişində deyib.

O bildirib ki, şou-biznesi bu vəziyyətə gətirinlər həyasızlıq edən kişilərdir:

"Baxırsan ki, kişidir, əyninə şalvar geyinib, amma elə həyasız-həyasız açıqlamalar verir ki... Adam efirdə baxanda iyrənir. Üstəlik də düşünəndə ki, bu adam sənin sənət yoldaşındır, dəli olursan. Çalışmışam ki, hər zaman söz-söhbətdən uzaq gəzim. Mənim özümə də pul qarşılığında qurama qalmaqallar təklif edənlər çox olub. Heç birinə razı olmamışam. Çünki özümə hörmət edən insanam”.