Bu da oldu: Bəy və gəlin toya lüt gəldi

Bu da oldu:  Bəy və gəlin toya lüt gəldi
6247 dəfə oxunub
  • A-
  • A
  • A+

Yeni Zenlandiyada ilk dəfə maraqlı toy hadisəsi baş verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 54 yaşlı Ceff Adams və 47 yaşlı Sue nikahlarına çılpaq gəliblər.

Ceff və Suenin qohumları, dostları onların bu hərəkətini utancverici hadisə kimi xarakterizə ediblər. Bu səbəbdən heç kim toya gəlməyib.

Nəvələri olan cütlük isə çılpaq olduqları üçün utanmadıqlarını deyib. Sue bildirib ki, o, çox xoşbəxtdir və toyunda kiminsə iştirak edib-etməməsi onu o qədər də maraqlandırmır.

İki il əvvəl internet vasitəsilə tanış olan Ceff və Sue ötən ilin yayından görüşür, oktyabrda isə evlənmək qərarı alıblar.

Mərasimdə gəlinin üzərində yalnız fata, boyunbağı və ayaqqabı, bəydə isə yalnız ayaqqabı olub.