Cəmi 4 ay davam etdi - fotolar

Cəmi 4 ay davam etdi - fotolar
5420 dəfə oxunub
  • A-
  • A
  • A+
"Möhtəşəm yüz il: Kösəm"də "Şahzadə Farya" rolunu canlandıran aktrisa Farah Zeynep Abdullah sevgilisi aktyor Caner Cindorukdan ayrılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cəmi 4 ay birlikdə olan cütlük serial bitdikdən bir neçə həftə sonra münasibətlərinə son qoyub.

İkili sosial media hesablarından bir-birinə ünvanladığı sevgidolu video və şəkillərini də silib.

Sevgilisini İnstqramda izlədiyi şəxslərin siyahısından çıxaran aktrisa rəfiqələri ilə Parisə istirahətə yollanıb.

Xatırladaq ki, Farah və Canerin daha əvvəl görüşmədiyi, ilk dəfə serialın çəkiliş meydançasında tanış olduqları bildirilmişdi.