Ağır xəstəlikdən əziyyət çəkən Könül Xasıyevanın son görüntüsü

Ağır xəstəlikdən əziyyət çəkən Könül Xasıyevanın son görüntüsü
8654 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı aparıcı Hacı Nuran xalq artisti Könül Xasıyevaya baş çəkib. 

Axşam.az-ın məlumatına görə, bu barədə aparıcı özü bildirib. O, xalq artisti ilə şəklini paylaşaraq yazıb:

"Azərbaycanın xalq artisti, özünəməxsus səsi və ifa tərzi ilə xalqımızın sevgisini qazanmış Könül Xasıyevanı bu gün ziyarət etdim. Bildiyiniz kimi, son vaxtlar sevimli ifaçımız ağır xəstəlikdən əziyyət çəkir. Görüşümüz çox təsirli və kövrək oldu. Amma inanıram ki, Könül xanım tezliklə şəfa tapacaq. Çünki yeni "Həyat" fondumuz ona dəstəkdir. Biz isə sizin hər birinizə güvənirik. Bu yaxınlarda "Həyat" fondunun televiziya versiyasında ətraflı danışıb, sizli-bizli gözəl sənətçimizə dəstək olacağıq. Allah ona şəfa, bizlərinsə ürəyinə mərhəmət versin. Yardım etmək üçün hər hansı bir mobil operatorlardan 999 nömrəsinə zəng vurun və ya sms göndərin".

 

Qeyd edək ki, H.Nuran “Ondan sonra” verilişinə açıqlamasında bildirib ki, “Həyat" Xeyriyyə Fondu K.Xasıyevaya yardım edəcək.  

 

Xatırladaq ki, bir müddət əvvəl muğam ifaçısı onurğa iflicindən əziyyət çəkdiyini deyib:

"Hər il özüm müalicələr götürürəm. Oğlumla əlaqəli 2 il müalicələrə getmədim. Buna görə də, səhhətimdəki problemlər çoxaldı. Onurğamda problemlər yaranıb, iflicdir. Stress yaşayıram.

Allah ömür verərsə, yaşayaramsa, səhnəyə dönmək imkanım olarsa, yenə də həyatım əvvəlki kimi davam edəcək".