Əli illər sonra ilk sevgilisini görüncə, baxın, neylədi - video

Əli illər sonra ilk sevgilisini görüncə, baxın, neylədi - video
50277 dəfə oxunub
  • A-
  • A
  • A+

“Star TV”də yayımlanan “Zuhal Topalla” izdivaç verilişində yer alan azərbaycanlı model Əli Əkbər illər sonra canlı efirdə ilk sevdiyi qız ilə üz-üzə gəlib.

Axşam.az-ın məlumatına görə, Nurlana adlı qızla 2 ildən çox görüşməyən Əli həyacanını gizlədə bilməyib.

Tez-tez yerindən durub-oturan iştirakçı ilk görüşündən bəhs edib:

“Biz onunla model kastinqlərindən birində ilk dəfə görüşmüşdük. O zaman Nurlananın 18 yaşı vardı. 2 il bərabər olduq. Onda mənim işim yox idi. Nurlana isə münasibətlərimizi rəsmiləşdirmək istəyirdi. Buna görə ondan ayrıldım”.

Nurlana isə Əliyə hirsli olduğunu və onu hələ də bağışlamadığını söyləyib:

“Kaş ki, onda mənə səbəb desəydi. Amma məni heç nə demədən qoyub getdi. Depressiyaya düşdüm. Onu ilk burada kiməsə aşiq olub çıxdığını görəndə lap pis oldum. Amma iki gün əvvəl məni xatırlayınca, düşünmədən verilişə zəng vurdum”.

İkili qarşılaşınca Nurlana göz yaşlarını saxlaya bilməyib. Əli isə ona ağ qızılgül verərək “Hələ də nəyi sevdiyini unutmamışam” deyib.

Xatırladaq ki, bir müddət öncə Əli efirdə ilk sevgisini unutmadığını etiraf edib:

“Deyirlər ki, ilk sevgi heç vaxt unudulmur. Bu, həqiqətdir. Onu xatırladacaq nəsə var. Amma mən yenidən ilk eşqim kimi sevmək istəyirəm. Yenidən aşiq olmaq istəyirəm. Bəzən “Kaş ki…” deyirəm. Amma artıq həyatımda “Kaş ki...”lərin olmasını istəmirəm”.

Qeyd edək ki, azərbaycanlı model ilk dəfə proqramda Naz adlı iştirakçıya elçi düşüb.