Tanınmışlar heyvanları ilə podiuma çıxdılar - fotolar

Tanınmışlar heyvanları ilə podiuma çıxdılar - fotolar
5164 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahan, Almaz Ələsgərli, müğənni Miri Yusif və bir çox tanınmışlar heyvanlar üçün təşkil olunan dəfiləyə qatılıblar.

Axşam.az-ın məlumatına görə, "Doggie couture"nin təsisçisi Nailə Əliyevanın təşkil etdiyi dəfilədə itlər üçün geyimlər nümayiş olunub. Tanınmışlar itləri ilə podiuma çıxıblar.
 
N.Əliyeva ilk dəfədir Azərbaycanda belə dəfilə keçirildiyini deyib:

"Bütün paltarlar qeyri-adidir. Bu işə çox ciddi yanaşıram. Parça, aksessuar seçimini özüm edirəm. Hər yerdə satılmayan materiallar seçirəm. Hətta xaricdən də sifariş verirəm".