Aygün Kazımova generallarla bulvarda - fotolar

Aygün Kazımova generallarla bulvarda -  fotolar
13130 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Dövlət Bayraq Meydanından start götürən “28 MAY - Respublika günü”nə həsr olunmuş yürüş keçirilib.

Axşam.az-ın məlumatına görə, yürüşdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyev və media nümayəndələri iştirak edib.

Yürüşdən öncə DTX-nın ictimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Arif Babayev çıxış edib. Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib, xalq artisti  Aygün Kazımova ifa edib.

Yürüş DTX və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Qət edilən məsafə isə 5 km təşkil edir.

***

Xalq artistinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə Aygün Kazımova Dövlət Təhlükəsizlik Xidmətinə solist təyin olunub və ona fəxri diplom təqdim edilib.

Foto: İlqam CƏBİYEV