Fidan Hacıyevanın tələbələri konsert verəcək

Fidan Hacıyevanın tələbələri konsert verəcək
707 dəfə oxunub
  • A-
  • A
  • A+
“İyunun 11-i Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında adımı daşıyan Musiqi mərkəzinin tələbələrinin konserti olacaq. Artıq bizim 1 yaşımız tamam oldu. Çox istərdim ki, bu bir il ərzində tələbələrimiz nələr öyrənibsə, onu tamaşaçılara təqdim etsinlər”.

Axşam.az xəbər verir ki, bu sözləri xalq artisti, opera müğənnisi Fidan Hacıyeva “Şou məkan” verilişinə açıqlamasında deyib.

F.Hacıyeva bildirib ki, onun tələbələri həm Azərbaycan, həm də dünya bəstəkarlarının əsərlərini öyrənirlər:

"Artıq qaliblərim də var. “Zima” adlı festivalda iki tələbəm - Leyla və Sevil çıxış etdilər və qalib oldular. Tələbələrim beynəlxalq müsabiqələrdə laureat adına layiq görülüblər. Yenə də hazırlıqlar davam edir. Xeyli diplomlarımız var və bu, məni çox sevindirir”.

Xalq artisti bildirib ki, heç vaxt klassikadan uzaqlaşmaq fikrində deyil:

"Estrada mahnıları da ifa edirəm. Məmməd Arazın sözlərinə yazılmış kiçik bir muğam parçası da var. Bayati-Şiraz, Segah, Şur muğamlarını da fortepianoda ifa edirəm. Bir çox janrlarda mahnılar ifa etsəm də, mənim əsas istiqamətim operadır, klassikadır. Gözəl bəstəkarlarla işləyirəm. Yeni mahnılar oxuyuram”.

F.Hacıyeva övladlarının bu sahəyə maraqları haqda danışıb:

“Kiçik oğlum da oxuyur. Burda fortepiano sinfinə gəlir. Qızım da fortepianoya gəlir. Peşəkar olmasalar da, musiqini sevirlər. Kim nəyi seçir, seçsin. Ancaq görürəm ki, kiçik oğlumun musiqiyə çox sevgisi var. Qızım fortepianoya gec başladı. Onun üçün çətindir. Ancaq balaca 4 yaşından bu sahəyə yönəlib”.

Qeyd edək ki, İngiltərə vətəndaşı Filip Neylorla ailə quran opera ifaçısının 3 övladı var.