Xəstə nənəsinə görə məşhurları təkrarladı - 3 yaşlı qızın fotosessiyası

Xəstə nənəsinə görə məşhurları təkrarladı - 3 yaşlı qızın fotosessiyası
14571 dəfə oxunub
  • A-
  • A
  • A+
Fotoqraf Eşli Larsonla 3 yaşlı qızı Skaut maraqlı fotolayihə hazırlayıblar.
 
Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, Skaut süd vəzi xərçəngi diaqnozu qoyulan nənəsi Nonninin həyatını xilas etmək üçün dünya ulduzlarının obrazına girib.
 
O, Adel, Emma Uotson, Dryu Berrimor və digər tanınmışların fotosessiyasını təkrarlayıb. Eşli bu layihə ilə Nonninin sağalması üçün mənəvi dəstək olduqlarını deyib:
 
“Nonninin saçları tökülməyə başlayanda Skaut çox pis oldu. Mən onu sakitləşdirmək üçün və qadınların güclü olduqlarını göstərməkdən ötrü bir neçə ulduzun həyatından danışdım. Obrazını təkrarladığımız qadınların hər biri haqqında Skauta məlumat verdim. Məqsədim qadınların da kişilər qədər güclü olduğunu göstərmək idi.

Bu layihə mənə də çox şey öyrətdi. Nonni özü də bu layihədə iştirak etdi. Biz şəkillər çəkildikdən sonra Nonni və Skaut üçün fotoalbom hazırladıq. Bu iş üzərində sərf etdiyimiz vaxt və həvəs bizə stimul oldu və Nonni xərçəngə qalib gəldi”.