"Snapchat"ın sahibi məşhur modellə evlənir - bu gün toydur+fotolar

"Snapchat"ın sahibi məşhur modellə evlənir - bu gün toydur+fotolar
5457 dəfə oxunub
  • A-
  • A
  • A+

Avstraliyalı model Miranda Kerr milyarder nişanlısı Evan Şpigellə toya hazırlaşır.
 
Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, modellə “Snapchat” sosial şəbəkəsinin qurucusunun toyu bu gün baş tutacaq. Nikah mərasimi cütlüyün Los-Ancelesdəki evində 30 nəfərin iştirakı ilə keçiriləcək.
 
Xatırladaq ki, Miranda ilə Evan 2 il əvvəl münasibətə başlamış, ötən il isə nişanlanmışdılar. Milyarder Mirandaya nişan hədiyyəsi kimi isə 12 milyon dollarlıq brilyant üzük almışdı.