Mübariz Mənsimov ona 500 min təklif etdi

Mübariz Mənsimov ona 500 min təklif etdi
5111 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin tanınmış modeli Ebru Şallı azərbaycanlı iş adamı Mübariz Mənsimovdan fantastik təklif alıb.

Axşam.az "Haberler"ə istinadən xəbər verir ki, Mənsimov Bodrumdakı "Palmarina" otelində Ebrunun pilates dərsləri keçməsini istəyib. Belə ki, üç ay ərzində həftənin altı günü gündə iki dərs keçəcək Ebru 500 min lirə (təxminən 250 min manat) qazanacaq.

Həmçinin Şallı çimərlik və hovuzda kamera qarşısına keçərək otelin reklamına çəkiləcək. Model bu təklifi dərhal  qəbul edib. Ebru və uşaqlarının qalması üçün oteldə xüsusi yer ayrılacaq.