Bu da oldu: vağzalla nikaha girdi - video+fotolar

Bu da oldu: vağzalla nikaha girdi - video+fotolar
3675 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikanın San-Diyeqo şəhərində qəribə hadisə baş verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Kaliforniya sakini, 45 yaşlı Kerol dəmiryol vağzalına “ərə gedib”. Qadının sözlərinə əsasən, 30 ildən çoxdur ki, “Santa Fe” vağzalına aşiq imiş.

İllərin "sevgisindən" sonra Kerol özü addım atıb və 2015-ci ildə dəmiryol vağzalı ilə "ailə qurub". Onların nikahı rəsmən qeydə alınmasa da, lakin Keron özünü ərli qadın hiss etmək üçün soyadını da dəyişib və Santa Fe olub.

O, hər gün “ərini” görmək üçün avtobusla Kaliforniyadan San-Diyeqoya 45 dəqiqəlik məsafəni qət edir. Kerol deyib ki, hətta, bəzən xəyalında “Santa Fe” ilə intim münasibətdə də olur.