Xoşbəxtlikdən hönkür-hönkür ağladı - fotolar

Xoşbəxtlikdən hönkür-hönkür ağladı - fotolar
6437 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu il 70-ci dəfə keçirilən Kann film festivalı öz axarı ilə davam edir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ötən gün “The Beguiled” adlı filmin təqdimetmə mərasimi keçirilib.

Qırmızı xalçada qonaqlar arasında filmdə rol alan aktrisa Kristin Dants da görünüb. O, gecəyə gələr-gəlməz hönkür-hönkür ağlamağa başlayıb.

Filmin rejissoru Sofia Coppola və həmkarları Nikol Kidman, Kolin Farrel, El Fanninq Dantsdan ağlamağının səbəbini soruşublar. Lakin 35 yaşlı aktrisa qəhərdən danışa bilməyib.

Daha sonra Kristinin pərəstişkarlarının sevgi və coşğusundan duyğulandığı, yəni xoşbəxtlik və həyacandan ağladığı ortaya çıxıb.