Xanımlar üçün xurmalı keksin resepti

Xanımlar üçün xurmalı keksin resepti
4657 dəfə oxunub
  • A-
  • A
  • A+
Lazım olacaq ərzaqlar:

2 stəkan un
2 xörək qaşığı kərə yağı
1 ədəd yumurta
2 xörək qaşığı şəkər tozu
2 xörək qaşığı qatıq
1 paket vanilin
1 paket qabartma tozu

Üzəri üçün:

300qram doğranmış xurma
1 stəkan qoz
1 süd
1 stəkan krem şanti
2 xörək qaşığı bal

Hazırlama qaydası:

Unu bir qaba töküb, ortasına yumurta, kərə yağı, şəkər tozu, qatıq, qabartma tozu və vanilini üstünə əlavə edib, xəmir hazırla. Xəmiri yağlanmış tavaya yay. Kənarda südü vam odda isidib, üzərinə krem şantini töküb qarışdır. Bir az qaldıqdan sonra sobadan götürüb kənarda qarışdırıb, üzərinə qoz, xurma və bal  əlavə et. Xəmirin üstünə yayıb, 180 dərəcə isidilmiş sobada bişirin.